Gəncə sakinləri mavi yanacaq problemi yaşayırlar - VİDEO

Gəncə sakinləri mavi yanacaq problemi yaşayırlar - VİDEO
SOSİAL
22:23 17.03.2024
164
Kimi odun-ağacla isinir, kimi elektrik sobasıyla. Elə mətbəxdə də ya maye qazdan, ya da elektrikdən istifadə edir.

AZXEBER.COM Xezerxeber.az-a istinadən məlumatına görə, Gəncənin Məhsəti qəsəbəsinin 34-36-cı küçələrinin sakinləri evlərinə mavi yanacağın çəkilməməsindən şikayətçidir.

Qəsəbədə yeni salınan küçələrin bəzilərinə qaz çəkilsə də bəzi küçələrin sakinləri hələ də qazsızdır.

Sakinlər deyir ki, qazla təmin olunmayan yeni küçələrdə ümumilikdə 200-ə yaxın ev bu məsələdən əziyyət çəkir.

Məsələ ilə bağlı "Azəriqaz" İB-dən bildirildi ki, Məhsəti qəsəbəsinin bir hissəsinin qazlaşması birliyin gündəmindədir.
İndi sakinlər bir qədər də gözləməlidir.

Ətraflı süjetdə:
OXŞAR XƏBƏRLƏR