Gəncə şəhərində ümumi sahəsi 20 kvadratmetr olan dəmir konteynerin taxtadan ibarət üzlüyü və içərisində olan əşyalar yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Yaxınlıqda olan digər konteyner yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.









































