Gəncədə bu işçilər maaşlarını ala bilmir - VİDEO

Gəncədə bu işçilər maaşlarını ala bilmir - VİDEO
SOSİAL
21:44 14.08.2024
146
Gəncə Şəhər Stadionunun tikintisini icra edən işçilər 5 aya yaxındır ki, maaş ala bilmədiklərini iddia edirlər.

Xezerxeber.az-ın məlumatına görə, onlar aprel ayından bəri işləyirlər, lakin hələ də əməkhaqqı ala bilməyiblər.

Onlar iddia edir ki, dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, alacaqları məbləği vermirlər.

İşçilərin iddialarına görə, onlara verilməli olan ümumi məbləğ 57 min manat təşkil edir.

Məsələ ilə bağlı təmir-tikinti işlərini icra edən "İnşaatçı 3"MMC ilə əlaqə saxladıq. Şirkətdən problemin hansı səbəbdən qaynaqlandığına dair açıqlama verilmədi, lakin bildirildi ki, həftəsonunadək işçilərin əməkhaqları ödəniləcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

OXŞAR XƏBƏRLƏR