Gəncə vurulanda sol gözünü itirən qadın: “Evim dağılıb, icra başçısı məni qəbul etmir”

Gəncə vurulanda sol gözünü itirən qadın: “Evim dağılıb, icra başçısı məni qəbul etmir”
SOSİAL
20:54 09.01.2021
850
"Oktyabrın 4-də Ermənistanın Gəncə şəhərinə atdığı ilk raket mənim evimə düşüb. 6 nəfərdən ibarət ailə üzvlərimiz həmin gün evdə olduğuna görə hamımız yaralanmışıq. Ən ağır vəziyyətdə isə mənəm, sol gözümü itirmişəm, bədənim qəlpələrlə doludur. 4 aydır çadırda, avtomobildə yatırıq. Erməni terroru nəticəsində evi qəzalı vəziyyətə düşmüş hər ailəyə 6 min, hər ailə üzvünə 1500 manat vəsait ayrılıb, amma bizim haqqımızı vermirlər”.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, bu iddia ilə Gəncə şəhəri, Əziz Əliyev küçəsi ev: 9 ünvanında yaşayan Vüsalə Əliyeva müraciət edib. Onun sözlərinə görə, on otaqlı evinin bir hissəsini gözəllik salonu, bir hissəsini isə şirniyyat sexi kimi işlədib. İddiasına əsasən, ev tamamilə dağıldığından, ailə həm də gəlirindən məhrum olub:

"Evimiz bombalanan gün əynimizdə olan cırıq paltarlarla evdən çıxmışıq. Bəlkə də, iş yerim başqa yerdə olsaydı, dolana bilərdim, indi evlə yanaşı, həm də iş yerimdən olmuşam. Bu 4 ay ərzində 3 dəfə 250 manat kirayə pulu veriblər. Bu məbləğə 6 nəfərlik ailə üçün kirayə ev haradan tapım? Zərərçəkmişlər üçün ayrılan yataqxanaya da getdim, orada da yer yox idi. İndi də kartıma cəmi 1000 manat pul  qoymaq istəyirlər”.

Şikayətçinin iddiasına görə, bu müddət ərzində müalicəsinə də yardım olunmayıb: "İki dəfə qonşuların, qohumların hesabına gözümdən əməliyyat olunmuşam. Qurumlar bizi qəbul etmirlər. Bizə bildirirlər ki, guya yardım ayrılmayıb. Gəncə Şəhər İH-nin başçısı ilə görüşmək üçün dəfələrlə gedib-gəldim, iki dəfə ərizə yazdım, amma məni onun yanına buraxmadılar. İcra Hakimiyyətinin baş hüquqşünası Xaqani Əbdüləzimov deyir ki, hamıya min manatdan pul veriləcək, gedin təzədən qərarı oxuyun”.

Şikayətlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Rzayeva bildirib ki, qiymətləndirilmə aparılan zaman bu ailənin evi "qismən zərərçəkmiş” kimi qeyd olunub:

"İşçi qrupu artıq Gəncədədir və ötən gündən etibarən təkrar fəaliyyətə başlayıblar. Hazırda bu vətəndaşın da müraciətinə təkrar baxılır”.

Zərərçəkmişin tibbi müalicə xərclərinə gəlincə isə, G. Rzayeva bildirib ki, erməni terrorundan zərər çəkən şəxslərin tibbi xərcləri dövlət tərəfindən ödənir: "Görünür həmin vətəndaş özəl xəstəxanaya müraciət edib. Əgər müayinə və müalicəyə ehtiyac varsa, onu təkrar aidiyyati üzrə yönləndirə bilərik”.

Vətəndaşın İcra Hakimiyyətində qəbul edilməməsi məsələsi haqda da danışan G. Rzayeva deyib: "Karantin rejiminə görə ərizə ilə müraciəti əsasında növbəlilik prinsipi ilə onlayn formada qəbullar həyata keçirilir. Ola bilər ki, həmin xanımın hələ görüş növbəsi çatmayıb”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
12:28 25.08.2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
12:12 25.08.2025
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
12:06 25.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO
11:58 25.08.2025
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO