Orhan Gencebay Sarıyer səmtində yerləşən mağazasını icarə götürən şəxslə məhkəməlik olub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəfələrlə 8 min lirə kirayə haqqını ödəməyən şəxsə əvvəlcə bildiriş göndərilib, daha sonra məkandan çıxması üçün xəbərdarlıq edilib.
Gencebay məhkəməni qazansa da, xoşbəxtliyi qısa sürüb.
İcarəçi məkandan çıxarılma qərarının sərt olduğunu iddia edərək, apelyasiya məhkəməsinə müraciət edib.
Məhkəmə bu dəfə kirayəşinin xeyrinə qərar çıxararaq işi yenidən yerli məhkəməyə göndərib və işə yenidən baxılmasına qərar verilib.
Aysel