Gəncədə 18 yaşlı qadın bıçaqlandı - onunla qeyri rəsmi nikahda olan 15 yaşlı oğlan tutuldu

SOSİAL
12:24 14.09.2024
224
Gəncədə 18 yaşlı qadının bıçaqlanmasının təfərrüatları məlum olub.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, şəhər sakini Aygün Əmiraslanovanı bıçaqlayan Murad Əmiraslanov onunla qeyri-rəsmi nikahda olan yeniyetmədir.

A. Əmiraslanova 2015-ci il təvəllüdlü Murad Əmiraslanovdan ayrılıb, başqa şəxslə ailə həyatı qurub. M.Əmiraslanovun Aygünü başqa şəxslə evləndiyinə görə bıçaqladığı bildirilir.

-----------
09:55

Gəncədə 18 yaşlı qadın bıçaqlanıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, şəhər sakini Aygün Əmiraslanova bıçaq xəsarəti ilə xəstəxanaya yerlışdirilib.

O, əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, qadını keçmiş həyat yoldaşı bıçaqlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib, polis əməkdlaşırının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR