Gəncədə 3 yaşlı uşağın üzərinə qaynar su töküldü

Gəncədə 3 yaşlı uşağın üzərinə qaynar su töküldü
SOSİAL
11:17 26.02.2019
2965
Gəncə şəhərində 3 yaşlı uşaq üzərinə qaynar su tökülməsi nəticəsində yanıq xəsarətləri alıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, 2016-cı il təvəllüdlü oğlan uşağı yaşadığı evdə valideynlərinin diqqətindən yayınaraq içərisi qaynar su ilə dolu çaydanı üzərinə aşırıb.

Kürək, üz və çiyin nahiyələrindən yanıq xəsarətləri alan körpə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR