Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, şəhər sakini 1987-ci il təvəllüdlü Xodos İrina Nikalayevna Atatürk prospektində yolu keçən zaman avtomobil onu vurub. Xəsarət alan qadın hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.