Gəncədə 49 yaşlı şəxs bıçaqlandı

SOSİAL
21:51 24.11.2021
174
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Nizami rayonunda çay evlərindən birində baş verib.

İlkin məlumata görə, Həsənov Kamil Şahvələd oğlu bıçaqlanıb.
 
Yaralı ətrafdakı insanların yardımı ilə xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat edilib.

Hazırda vəziyyəti orta-ağırdır.

OXŞAR XƏBƏRLƏR