Gəncədə qətl hadisəsi törədilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Məmmədova Sücayət Əli qızı bıçaqla qətlə yetirilib.
Onun qonşusu olan, 1980-ci il təvəllüldü Əhmədova Məhəbbət Qədir qızı tərəfindən qətlə yetirilməsi şübhəli bilinir.
Faktla bağlı araşdırmalara başlanılıb.