Dünən saat 23 radələrində 7 yaşlı şəxs (kişi cinsli) ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən APA-ya verilən məlumata görə, qaytarılmış qidanın və südün aspirasiyası, ağciyər və ürək çatışmazlığı, dəqiqləşdirilməmiş aplastik anemiya diaqnozları təyin edilən və serebral ifliclə yanaşı digər xəstəlikləri olan pasiyentin göstərilən reanimasiya tədbirlərinə baxmayaraq saat 03:20 radələrində ölüm faktı qeydə alınıb.