Gəncədə abadlıq işləri davam etdirilir

Gəncədə abadlıq işləri davam etdirilir
18:40 04.04.2013
1238
Vaxtı ilə hətta rəsmi adı olmayan və gəncəlilərin dediyi kimi «Dəmiryolunun altı» adlandırılan yaşayış massivinin vəziyyəti olduqca acınacaqlı idi. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan beş qəsəbədən biri olan Şıxzamanlı qəsəbəsi adı çəkilən ərazini əhatə edir. 
Gəncə şəhər icra hakimiyyətindən AZXEBER.COM-a verilən məlumata görə, qəsəbə az bir vaxtda abadlaşdırılmağa başlanıb. 1.6 kilometr uzunluğu olan Azərbaycan, eləcə də Ağamalıoğlu və Həmid Sultanov küçələri asfaltlaşdırılıb. Piyadalardan ötrü səkilər qurulub. Ərazinin işıqlandırılması üçün 70-ə yaxın işıqlandırma dirəyi basdırılıb, yol kənarına həmişəyaşıl ağaclar əkilib. Qəsəbənin ictimai nəqliyyat işləyən sahələrində dayanacaqlar quraşdırılıb.
Şıxzamanlılar qəsəbəsində abadlıq işləri ilə tanış olan Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev sakinlərlə görüşərək onların problemi ilə maraqlanıb və həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Açıq mikrofon sakinlərin ürək sözlərini söyləməyə vəsilə olub. Yeni qəsəbənin sakinlərinin arzu və istəkləri, eləcə də onları narahat edən məsələlərin bir çoxu yerindəcə həllini tapıb. Qəsəbədə aparılacaq abadlıq və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verən İcra Başçısı abadlaşdırma işlərinin davam edəcəyini bildirib. Qəsəbədəki uşaq bağçasının, poliklinikanın, eləcə də digər ictimai binaların bu yaxınlarda istifadəyə verilmiş 3 nömrəli tam orta məktəb qədər gözəl və yaraşıqlı olacağını qeyd edib. E.Vəliyev bütün bunların ölkə Prezidenti İlham Əliyevin Gəncə və gəncəlilərə qayğı və dəstəyinin bariz nümunəsi olduğunu söyləyib.Qəsəbə sakini Abbas Dadaşov sevinclə bildirdi ki, qısa zamanda görülən bu işlər sübut edir ki, Şıxzamanlı qəsəbəsi Gəncənin ən abad, ən yaraşıqlı yaşayış massivlərindən biri olacaqdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vağzalın önündəki parklanma xidməti dayandırılır
17:14 14.08.2025
Vağzalın önündəki parklanma xidməti dayandırılır
"Çimnazın yasına getdiyim üçün məni qınayanlar çox oldu" - Manaf
16:57 14.08.2025
"Çimnazın yasına getdiyim üçün məni qınayanlar çox oldu" - Manaf
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
16:55 14.08.2025
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – VİDEO
16:12 14.08.2025
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – VİDEO
Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub
16:06 14.08.2025
Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub
"Namiq Qaraçuxurluya vəsiyyət etmişəm ki..." - Könül Xasıyeva
16:04 14.08.2025
"Namiq Qaraçuxurluya vəsiyyət etmişəm ki..." - Könül Xasıyeva
Metroda doğulan körpə və anası evə buraxıldı
16:04 14.08.2025
Metroda doğulan körpə və anası evə buraxıldı
Azərbaycanda idman polisi yaradılmalıdır? - "Qarabağ"ın maskotu "Kəhər" müzakirə yaratdı
16:04 14.08.2025
Azərbaycanda idman polisi yaradılmalıdır? - "Qarabağ"ın maskotu "Kəhər" müzakirə yaratdı
Ermənistanlı nazir: Azərbaycanla kommunikasiyaların açılması ilə bağlı işçi qrupları yaradılacaq
15:45 14.08.2025
Ermənistanlı nazir: Azərbaycanla kommunikasiyaların açılması ilə bağlı işçi qrupları yaradılacaq
"Şəxsiyyəti pula satmazlar" - Elnarə Abdullayeva
15:44 14.08.2025
"Şəxsiyyəti pula satmazlar" - Elnarə Abdullayeva
Lənkəranda azyaşlını maşın vurub
15:34 14.08.2025
Lənkəranda azyaşlını maşın vurub
Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı
15:17 14.08.2025
Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
15:12 14.08.2025
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
"Bu görüşdən sonra Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlanması ehtimalı azdır"
15:09 14.08.2025
"Bu görüşdən sonra Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlanması ehtimalı azdır"
"Toy oxumaqda bir nömrəli müğənni mənəm" - Afət
15:03 14.08.2025
"Toy oxumaqda bir nömrəli müğənni mənəm" - Afət
Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər - VİDEO
15:01 14.08.2025
Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər - VİDEO