Gəncədə ata və 5 yaşlı qızını avtomobil vurdu

Gəncədə ata və 5 yaşlı qızını avtomobil vurdu
SOSİAL
10:22 25.08.2023
133
Gəncə şəhərində ata və qızını avtomobil vurub, onlardan biri dünyasını dəyişib.

Gəncə şəhəri Atabəylər prospektində sürücü Füzuli Kərimov idarə etdiyi minik avtomobili ilə 1985-ci il təvəllüdlü Ceyhun Ələsgərov və onun 5 yaşlı qızı, 2018-ci il təvəllüdlü Mələk Ələsgərovanı vurub.

Müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilən piyadalardan M.Ələsgərova müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR