Gəncədə atanı döyüb, köməyə gələn 2 oğlunu bıçaqladılar

SOSİAL
10:56 21.09.2019
8476
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

1960-cı il təvəllüdlü Cəfərov Məhərrəm ″DOS-84″ adlanan yaşayış ərazisində, bina 4 ünvanında naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.

Bu zaman atalarına köməyə gələn 1985-ci il təvəllüdlü Rövşən Cəfərov və 1984-cü il təvəllüdlü Röyal Cəfərov qarın və ayaq nahiyələrindən bıçaqlanıb.

Report-un xəbərinə görə, yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına və Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Hazırda hadisənin kim və ya kimlər tərəfindən, hansı səbəbdən törədildiyi araşdırılır.

OXŞAR XƏBƏRLƏR