Gəncədə avtomobil piyadanı vurdu

Gəncədə avtomobil piyadanı vurdu
SOSİAL
02:44 14.12.2021
203
Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Avtomobil yolu qarşı tərəfə keçmək istəyən (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub.

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. Piyadanın şəxsiyyəti hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR