Gəncədə baş vermiş qətlin bəzi təfərrüatı məlum oldu

Gəncədə baş vermiş qətlin bəzi təfərrüatı məlum oldu
SOSİAL
14:01 26.05.2020
659
Gəncə şəhəri, Təbrz küçəsi 48-də baş vermiş qətlin bəzi təfərrüatı məlum olub.

Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifov axşam saatlarında tanışı ilə yaşadığı evdə yeyib-içib. Bu zaman tanışlar arasında münaqişə yaranıb. Nəticədə A.Yusifov ürək, sinə və digər nahiyələrdən ümumilikdə 4 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Meyit səhər saatlarında yaxınları tərəfindən aşkarlanıb və bununla bağlı aidiyyəti qurumlara məlumat verilib.

Mərhum ailəli idi, 4 övladı var.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq davam etdirilir.
 
///report
OXŞAR XƏBƏRLƏR