Gəncədə bıçaqlanan 14 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb.
Bu barədə AZXEBER.COM-a TƏBİB-dən məlumat verilib.
"Bu gün saat 13:00 radələrində 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona budun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.