xari

Gəncədə ailə faciəsi - Ana və uşaqları dəm qazından öldü

SOSİAL
10:32 08.03.2021
371
Gəncədə ana iki uşağı ilə dəm qazından zəhərlənərək ölüblər. 

Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Məmmədova Leyla (1987-ci il təvəllüdlü), onun uşaqları  Məmmədov Murad (2014-cü il təvəllüdlü) və Məmmədova Xədicə (2015-ci il təvəllüdlü) hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.  

OXŞAR XƏBƏRLƏR