Gəncə Avropa Gənclər paytaxtı 2016 İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə şəhərində gənclərin məşğulluğunda yardımçı olacaq layihəyə start verir.
AZXEBER.COM xəbər verir ki, "Bugünkü yatırım sabaha inamdır” adlı layihə Gəncə şəhərində kimsəsiz olan gənclərin məşğulluğunu təmin etməklə yanaşı həmçinin onlara peşə təhsili verəcəkdir.
Layihə çərçivəsində "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyi Gəncə şəhərində fəaliyyət göstərən "2 saylı Uşaq Evində", "SOS Uşaq Kəndində" və "SOS Gənclər Evində" yaşayan yeniyetmə gənclər üçün peşə yönümlü kurslar təşkil edəcək. Peşə yönümlü kurslar iş bazarında olan tələb və təklifə uyğun olaraq seçiləcək və bu da gələcəkdə gənclərin seçdikləri peşə üzrə iş tapmaqlarında onlara yardımçı olacaq.Layihəyə cəlb olunacaq gənclərə telefon təmiri, kosmetologiya və tikiş kimi peşə dərsləri mütəxəsislər tərəfindən həyata keçiriləcəkdir.
Layihə 20 noyabır tarixindən etibaren 4 ay müddətində icra mərhələsi baş tutacaq və layihəyə qeyd olunan kimsəsiz uşaq və gənclər evindən ümumilikdə 20 nəfər iştirak edə biləcəkdir.