Gəncədə böyük toplantı - VİDEO

SOSİAL
14:54 03.05.2016
1542

GəncəAvropa Gənclər Paytaxtı 2016 layihəsinin rəsmi açılış mərasimində iştirak etmək üçün nüfuzlu xarici təşkilatların rəhbər və nümayəndə heyətləri (Avropa Gənclər Forumu, Avropa Gənclər Paytaxları Şəbəkəsi, Avropa Şurası Gənclər üzrə Məşvərət Şurası, YEU - Gənclərin Anlaşma və MübadiləTəşkilatı, Nüfuzlu xarici milli şuralar, Horizonti YEU, BCM, Partners LLP, Xarici ölkələrin səfirləri, BMT İnkişaf Proqramının strateji tərəfdaşlıq üzrə müşaviri, bir sıra şəhərlərin İcra Başçıları və s.) artıqGəncəşəhərindədir.

AZXEBER.COM xəbər verir ki, bu gün qonaqlar MəhsətiGəncəvi Mərkəzi, Nizami Gəncəvi Məqbərəsi və Nizami Muzeyi, Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi ilə tanış olacaqlar. Həmçinin Göygöl Milli Parkına ekskursiya da təşkil ediləcək.

Qeyd edək ki, Mayın 4-də “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsinin rəsmi açılış mərasimi olacaq.

Bu münasibətlə may ayının 2-dəGəncəşəhər İcra Hakimiyyətinin dəstəyi, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin könüllülərinin iştirakı ilə “Gəncə-2016 Avropa Gənclər Paytaxtı”nın canlı loqosu Gəncə şəhərinin Heydər Əliyev adına baş meydanında yaradılıb.

Fləşmob 10 min 152 gəncin iştirakı ilə keçirilib.

OXŞAR XƏBƏRLƏR