Gəncədən dərmandan zəhərlənən 38 yaşlı kişi ölüb. AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü M. Q-ın yaşadığı evdən meyit tapılıb. Onun hansı şəraitdə dərmandan zəhərlənməsi məlum deyil, meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.