Gəncədə dərmandan zəhərlənən şəxs öldü

Gəncədə dərmandan zəhərlənən şəxs öldü
SOSİAL
18:18 09.03.2026
359
Gəncədən dərmandan zəhərlənən 38 yaşlı kişi ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü M. Q-ın yaşadığı evdən meyit tapılıb.

Onun hansı şəraitdə dərmandan zəhərlənməsi məlum deyil, meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR