Gəncədə ekstremistlərin baş tutmayan “sınaq təlimi”ndən bir il ötdü

Gəncədə ekstremistlərin baş tutmayan “sınaq təlimi”ndən bir il ötdü
SİYASƏT
19:37 04.07.2019
5741

Gəncə və Gəncəbasar bölgəsində dünyaya gələn dahilər, görkəmli ziyalılar, nüfuzlu şəxsiyyətlər nəinki bölgənin, eləcə də Azərbaycanımızın fəxri sayılıblar. Min dəfələrlə təəssüflər olsun ki, son illər cinayət-kriminal aləmin və dini mövhumatın zərərli ənənələri sayəsində özlərini "avtoritar” şəxs qismində görənlər Gəncəmizin adından siyasi alverlə məşğuldurlar. Hətta onları cəmiyyətdə reklam edənlər peyda olublar. Mövhumatçı çevrələrdə bunun izləri daha da artıb.


Ötən il psixi baxımdan problemləri olan Rusiya vətəndaşı Yunus Səfərovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd təşkil etməsinin ardından mövhumatçı çevrələr hərəkə keçərək onu "millət qəhrəmanı”na çevirməyə çalışdılar. Ötən bir il ərzində ölkə KİV-lərinin dövriyyəsinə buraxılan informasiyaları təhlil etdikdə mövhumatçıların rəzaləti və onların arxasında duranların hansı məqsədləri güddükləri çılpaqlığı ilə görünür. Bəzi xarici dövlətlərin Azərbaycanda kriminogen durumu gərginləşdirmək üçün radikal dini baxışları olanların təbliğatlarının gücləndirilməsi xüsusilə qorxuludur. Beyinləri xaridcdəki dini tədris müəssisələrində yuyulmuş, İraq, Livan, Suriya, Əfqanıstan və digər xarici ölkələrdə əlində silah cihada qatılanları günün mövzusuna çevirmək üçün atılan cəhdlər bu ssenarilərin baş planıdır. Y. Səfərovun təbliğatının aparılması buna örnəkdir. Azərbaycanın dini savaş meydanına çevrilməsi üçün zaman – zaman bu istiqamətdə çox addımlar atılıb. Hər dəfə ölkə rəhbərliyi və xüsusilə də hüquq mühafizə orqanlarının vaxtında bu planları deşifrə etmələri, ölkəni daxildən vətəndaş müharibəsi meydanına çevirmək istəyən xarici güclərin tribunalarının qapadılması, əsil hüquqi qiymətin verilməsi bu mənada müstəsna əhəmiyyət daşıyır.

 

Ötən il 3 iyun tarixində Gəncədə rəsmi şəxslərə qarşı qabaqcadan planlaşdırılmış terror aksiyasının ardından dərhal Şəhər İcra Hakimiyyətinin qarşısına mövhumatçı ekstremistlər kəsimi peyda oldular. Onlar hətta qabaqcadan hazırladıqları plakatları, şüarları və digər təbliğat vasitələrini özləri ilə gətirmişdilər. Süni şəkildə "polislə dindarlar arasında qarşıdurma” yaratmaq təxribatı sezilirdi. Apardığımız müşahidələrə görə, mövhumatçıların siyasi təxribatları qığılcım ölkənin digər şəhərlərində alovlanmalı idi. Hətta özünü "ana müxalifət” adlandıran "Milli Şura” da bu təxribatların ardından hərəkətə keçəcəkdi. Hakimiyyət avantüraların qarşısını bir günün içində aldı. Bir daha sübut etdi ki, Azərbaycan bəzi xarici ölkələrdəki "kukla dövləti” deyil. "Gəncə qiyamı” şərti kod adı altında qabaqcadan hazırlanan qiyam ssenarisi beləcə iflasa uğradı.


"Pressinq” taktikası və radikal təriqət davası


Son günlər özünü "Hüseyniyyun” adlandıran ekstremist qruplaşmanın bəzi elektron KİV-lərdə təbliğ edilməsinin əsil sirri Azərbaycanda dini maarifçilik deyil, "cihad” ideologiyasının legitimləşdirilməsi cəhdidir. Xüsusilə də ötən il Gəncə Şəhər İcra hakimiyyətinin başçısına qarşı təşkil olunan sui-qəsd planının müxtəli çalarları "qəhrəmanlıq” simvoluna çevrilməkdədir. "Hüseyniyyun” (hüseynçilər) qruplaşması əsasən İranın Qum, Məşhəd, İraqın Nəcəf şəhərlərində dini təhsil alan gənclər sayəsində yaradılıbdır. Onlar guya Suriyada terror təşkilatı olan İŞID-a qarşı könüllü döyüşməyə gedənlərdir. Əslində həmin tələbələr qanunsuz sialhlı birləşmələr üçün hazırlanmış hərbi düşərdələrdə təlimlər keçmiş, şəhərlərdə küçə və meydanlarda, meşə və dağlıq şəraitdə partizan döyüşlərində iştirak etmişlər. 2017-ci ildən sonra bu gənclərin bir qismi Azərbaycana göndərilmişlər. İrandakı bəzi radikal dini mərkəzlər Livan, Fələstin, İraq və Suriyada əldə etdiklərini Azərbaycanda tətbiq etmək planlarını hazırlamışdılar. Hətta o da bildirilirdi ki: "Gəncə planı Hüseyniyyun üçün baş məşqdir”.

 

Estremistlərin ilkin məktəbləri


1991-ci ildən indiyə kimi Azərbaycanda İran, Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Suriya və digər Yaxın Şərq ölkələrinə məxsus missioner fondlar xalqımızın dini duyğularını istismar etmək üçün bir sıra təsisatlar yaratdılar. Ən çox ağırlıq isə təbii ki, cənub qonşumuzun payına düşdü. Beləliklə də, qonşu dövlətin dini missionerləri bir yandan ölkəmizdə dini təhsil mərkəzləri yaradır, digər yandan isə, Tehran, Qum, Məşhəd və başqa şəhərlərdə dərc olunan dini kitabların Azərbaycanda sərbəst şəkildə təbliğatını aparırdı. Həmin əsərlər insanları şüuraltı dini fanatizmə və radikalizmə istiqamətləndirən ideoloji konsepsiyalardan ibarət idi. Bu gün qonşu ölkənin maliyyə dəstəyi ilə fəaliyyət göstərən mərkəzlərin əsas funksiyası Azərbaycanda dindar cəmiyyəti yaratmaq və onları öz iradəsinə tabe etdirməkdir. Bu məqsədlə həmin mərkəzdə


1. Dindar kadrlar yetişdirmək,

2. Dini cəmiyyətlər qurmaq,

3. Möminlərin əldə etdikləri gəlirlərdən xüms-zəkat vergisi toplamaq,

4. İdeoloji baxımdan KİV-lər yaratmaq,

5. Qum, Məşhəd, Nəcəf, Hələb və Ərbəin siyasi fikrinin inkişaf etdirilməsi,

6. Ədəbiyyat və mədəniyyət üzrə qrupların yaradılması,

7. İlahiyyat üzrə mütəxəssislər korupusunun formalaşdırılması,

8. Dini mərasimləri tamamilə monopoliyaya almaq,

9. İctimai və siyasi proseslərdə dindarların rolunun artırılması üçün kadr hazırlığı və sair kurslar təşkil olunurdu.

 

AİP sədri Mövsüm Səmədovun Quba məscidində apardığı təbliğatlar, Nardardan hadisələrini qızışdırmaqla ölkənin Kontitusiyasının dəyişdirilməsi təşəbbüsləri, "Müsəlman Birliyi Hərəkatı”nın yaradılması və digər infrastrukturlar yuxarıda qeyd etdiyimiz hədəflərin bir parçası deməkdir. "Qarabağın Azadlığı Uğrunda İslami Müqavivmət Hərəkatı”nın elan olunması isə, bu düyünün açılmaması üçün, süni şəkildə "islam-xristian” qarşıdurmasının birbaşa alovlandırılmasına xidmət edir. Y. Səfərov kimiləri məhz bu anti dövlət şəbəkəsinin içində yetişdirilib. Əsas məqsəd Azərbaycanı Livan, Fələstin, Əfqanıstan, Suriya və İraqın gününə salmaqdır. Çünki hansı ölkədə dini qruplaşmalar arasında vətəndaş müharibəsi yaşanırsa, orada silah və narkotika alveri ön plana çıxır. Həmin ölkə "3-cü qüvvə”, yəni başqa bir dövlət tərəfindən idarə olunur. Azərbaycan bir dövlət olaraq, heç bir zaman buna imkan verməyəcək.


Gizli sələfilər də hərəkət üçün "işarə” gözləyirlər

 

Din pərdəsinə bürünmüş digər mövhumatçı cərəyan isə sələfilik və ya vəhabilik adı ilə bilinən hərəkatdır. 2000-ci illərin əvəvllərində Şimali və Cənubi Qafqazda fəallaşan və çox güclü maliyyə dəstəyi əldə edən sələfilik cərəyanı son 5 ildə zahiri baxımdan ifasa uğraslar da, bu gün onlar qılaflarını asanlıqla dəyişərək fərqli taktika ilə hərəkət edirlər. Çünki, bu cərəyan digər təriqətlər və məzhəblər arasında koalisiya yaratqmaq hədəfləri ilə çıxış edirlər. Son zamanlar nurçuluq, süleymançılıq, kaplançılıq, akınçılar, ixvançılar, xilafətçilər, riyadus salihinçilər, cundullaçılar, təkfirçilər, təhrirçilər, dəvətçilər, cihadçılar və digər cərəyanlar ekspansionist siyasətlərini daha çox siyasi islam konsepsiyası ilə bütünləşdirməyə çalışırlar. Onların bu gün qarşısında duran əsas vəzifə demokratiya və insan azadlığı şərtləri daxilində istehsal vasitələri, ticarət və bank sektorunu nəzarətə almaqla özlərinin güclü dayaqlarını qurmağa çalışırlar. Məhz belə bir şəbəkənin dəstəyi ilə Suriya və İraqda radikal cərəyan kimi bütün dünyanın nifrətini qazanmış İŞID-a dəstək verdilər. O da bəllidir ki, İŞID-ın sıralarında Qafqazdan könüllü olaraq döyüşmək üçün gedənlərin sayı 15 mindən çox idi. Gürcüstan, Azərbaycan, Dağıstan, Çeçenistan, Adıgey, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiyanı bir araya gətirərək "Qafqaz İslam Xilafəti” adı altında onlar Yaxın Şərqdə misli görünməmiş cinayətlər etdilər. Guya "İslam Xilafəti” qururlar deyə, bu addımları atmaqda özlərini təqsirli bilmədilər. Onların çoxu savaş bitdikdən sonra, yenidən öz vətənlərinə geri dönüblər.

 

Apardığımız müşahidələrə görə, 2018-ci il 3 iyun tarixində radikalların "Gəncə planı” baş tutsaydı, o zaman Suriyadakı kimi onlara qarşı çıxan digər ekstremist qruplaşmalar hərəkətə keçəcəkdilər. Azərbaycan hakimiyyəti, xüsusilə hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində bu hadisələr dərinləşmədi. Ölkəmiz Yaxın Şərq ölkələrində 90 ildir davam edən vətəndaş müharibələrininm məkanına çevrilmədi.Mövsüm Səmədov, Taleh Bağırzadə, Yunus Səfərov, Tohid İbrahimbəyli, Taleh Göyüşov, Dəyanət Səmədov, Rahib Pirəliyev, Şərafəddin Mahmudov, Abgül Süleymanov və digər radikal islamçıların həbs olunması məhz bu faktorla bağlıdır.

 

Müxalifətdə olan və simasız siyasi partiyaların dəstək verdiyi bu ekstremistlərin adlarının beynəlxalq miqyasda "siyasi məhbus” siyahısına salınması gerçəkdən onların üz qarasıdır. Ona görə ki, bu siyasi partiyalar dövlətçilik maraqları ilə çıxış etmirlər, özlərinin nə qədər miskin olduqlarını nümayiş etdirirlər. Azərbaycan dövlətinin milli maraqlarını deyil, hətta bu dövlətə düşmən mövqedə olan, ölkəni vətəndaş müharibəsinə sürükləyənləri müdafiə etmələri müxalifətin iflasının əsil səbəblərindən biridir. O da bəllidir ki, Azərbaycan dövlət olaraq istər siyasi müxalifət adına, istərsə də dini radikalizm xətti ilə hərəkət edən bütün fürsətçilərə layiqincə cavab verir və ölkənin sabitliyi məhz bu qəti addımlar sayəsində qorunur.

 

Ənvər Yusifoğlu

OXŞAR XƏBƏRLƏR