Gəncədə yanğın olub.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, sözügedən prospektdə yerləşən misgərin emalatxanasında anidən yanğın olub. Dərhal əraziyə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı emalatxananın 30 kv metri yanıb. Yanğın söndürülüb, digər ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
/Unikal