Gəncədə emalatxana yandı

Gəncədə emalatxana yandı
HADİSƏ
21:31 15.05.2025
375
Gəncədə yanğın olub.

Hadisə şəhərin Nizami Gəncəvi prospektində  qeydə alınıb. Belə ki, sözügedən prospektdə yerləşən misgərin emalatxanasında  anidən yanğın olub. Dərhal əraziyə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı emalatxananın 30 kv metri yanıb. Yanğın söndürülüb, digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.
 
/Unikal

OXŞAR XƏBƏRLƏR