Gəncədə ər-arvad faciəvi şəkildə ölüb

Gəncədə ər-arvad faciəvi şəkildə ölüb
SOSİAL
11:57 19.02.2018
1634

Gəncədə kişi və onun həyat yoldaşı dəm qazından boğularaq ölüb.

AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncənin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1962-ci il təvəllüdlü Abbasov Adil Yusif oğlu və onun həyat yoldaşı, Abbasova Yeganə Nazim qızı evdə dəm qazından boğularaq ölüblər.

Onların meyiti səhər saatlarında aşkar edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR