Bu gecə saat 02:00 radələrində Gəncə şəhərində 23 yaşlı gənc özündən 1 yaş böyük arvadının boynunu kəsib. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə 3-cü mikrorayon ev 12A, mənzil 2-də yaşayan 1990-cı il təvəllüdlü Ramin Əli oğlu Babayev arvadı 1989-cu i təvəllüdlü Təhminə Elxan qızı Mayılovanı vurub. Kişi bıçaqla arvadının boynunu kəsib. Daha sonra kişi polisə könüllü olaraq təslim olub.