Gəncədə ər arvadının boğazını kəsdi

Gəncədə ər arvadının boğazını kəsdi
SOSİAL
13:56 08.10.2019
4272
Gəncədə bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb. Şəhər sakini, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Sabir qızı əri tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, əri bıçaqla onun boğazını kəsib.

Xəstəxanaya yerləşdirilən N.Mustafayevanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR