Gəncədə bədbəxt hadisə baş verib. Şəhər ərazisində 1973-cü il təvəllüdlü şəxs evin damını təmir edən zaman yıxılaraq ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.