Gəncədə güclü yağışın fəsadları davam edir.
APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarında şəhərin bir çox hissəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Hal hazırda elektrik enerjisinin verilməsi bərpa edilməyib.
Sel suları evlərə dolub. Evlərə dolan suların çəkilməsinə başlanıb.
Hazırda yağışlı hava davam edir.