Gəncədə gənc oğlan insanların gözü qarşısında qanına qəltan edildi

Gəncədə gənc oğlan insanların gözü qarşısında qanına qəltan edildi
14:12 25.03.2013
3027

Gəncə şəhərində qətl olub

Gəncə şəhərində qətl olub. Şəhər Prokurorluğundan milli.az-a verilən məlumata görə, bu gün səhər saatlarında gənc oğlan Atatürk prospektində yerləşən binanın qarşısında insanların gözü önündə qətlə yetirilib. İki şəxs binanın qarşısında dava edib. Onlardan biri bıçaqla o birini vurub və qaçıb. Binanın qarşısında yerə yıxılan gənc üçün təcili yardım çağırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qətlə yetirlən şəxsin əvvəllər məhkum olunmuş 23 yaşlı Ceyhun Hüseynov olduğu bildirilsə də, hələlik təsdiq olunmayıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR