Gəncədə güclü külək fəsadlar törədib

Gəncədə güclü külək fəsadlar törədib
SOSİAL
12:57 25.05.2024
113
Gəncədə güclü külək bir sıra fəsadlar törədib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarından əsməyə başlayan güclü külək şəhərin S.Rəhimov küçəsində iri gövdəli ağacı əsas yola aşırdıb.

Bundan başqa şəhərin bir neçə yerində də ağacları qırıb, şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Qeyd edək ki, hazırda Gəncə və ətraf rayonlarda küləkli hava şəraiti davam edir.
OXŞAR XƏBƏRLƏR