Gəncədə Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konfrans keçirilib

Gəncədə Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konfrans keçirilib
SOSİAL
12:05 11.05.2016
1539
Gəncədə Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konfrans keçirilib. 
Öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər-çiçəklər düzüblər. Sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ziyalıları, tələbələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən konfransda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” adlı qısametrajlı film izlənilib. Konfransda çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Ümummilli Liderin həyat və fəaliyyəti barədə danışaraq, çətin tarixi sınaqlara məruz qalmış Azərbaycan dövlətçiliyinin bərpasında və möhkəmlənməsində böyük rəhbərin müstəsna xidmətləri olduğunu bildirib. Elmar Vəliyev qeyd edib ki, müstəqil Azərbaycan Respublikasının memarı olan Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarıb, geniş islahatların keçirilməsində, “Əsrin Müqaviləsi”nin bağlanmasında böyük əmək sərf edib, gənc dövlətimizin beynəlxalq nüfuzunun artmasında müstəsna xidmətlər göstərib. Hazırda Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla, dönmədən davam və inkişaf etdirilir. 
Konfransda ATU-nun inzibati idarəetmə kafedrasının baş müəllimi Ulduz Babayeva “XX yüz illiyin dahi azərbaycanlısı”, GDU-nun YAP ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə “Heydər Əliyev və Azərbaycanın inkişaf strateqiyası”, ADAU-nun ictimai elmlər və multikultiralizm kafedrasının müəllimi Sevda Abdullayeva “Heydər Əliyev və multikultiralizm”, ATU-nun menecment kafedrasının baş müəllimi Nicat Nəsirli “Heydər Əliyevin siyasi fəlsəfəsində milli iqtisadi inkişaf modeli”, ADAU-nun ictimai elmlər və multikultiralizm kafedrasının müdiri Azad Bayramov “Heydər Əliyev və aqrar islahatlar”, AMEA-nın Gəncə bölməsinin baş mütəxəssisi Elnur Həsənov “Heydər Əliyev və Gəncə” mövzuları ilə çıxış ediblər. Tədbirdə çıxış edən natiqlər Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə respublika iqtisadiyyatı ilə yanaşı digər sahələrdə də olan inkişaf və əldə olunmuş nailiyyətlərdən danışıblar. 
Natiqlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı dünyaya tanıdan görkəmli şəxsiyyətdir. Ümummilli Liderin ideyaları bu gün də yaşayır. Çıxış edənlər bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev dahi şəxsiyyətin yolunu, ideyalarını davam etdirərək Azərbaycanı qüdrətli dövlətə çeviribdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək