Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisi, Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı Gənclər Birliyi və Aura Park Ticarət və Əyləncə Mərkəzinin təşəbbüsü ilə Gəncədə “Onun sevdiyi” adlı Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ədəbi-bədii gecə təşkil olunub.
AZXEBER.COM xəbər verir ki, tədbirin təşkil olunmasında əsas məqsəd Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqiləri, şerləri səsləndirərək 91 –cü ildönümünü və Gül bayramını qeyd etmək idi.
Tədbirdən əvvəl təşkilat nümayəndələri və qonaqlar Ulu Öndərin heykəli önünə gül dəstələri qoydular. Sonra isə ilk əvvəl tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı Gənclər Birliyinin Rəhbəri Fərid Dünyamalıyev, Gənclər üçün Təhsil Mərkəzinin Fəxrəddin Həsənzadə, Gənclər üçün Təhsil Mərkəzinin Regional Ofisinin Rəhbəri Aygün Həsənzadə və Aura Park Ticarət və Əyləncə Mərkəzinin icraçı direktoru Orxan Mehdiyev çıxış edərək Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin fəaliyyəti və Azərbaycan gəncliyinin inkişafında gəncərə göstərdiyi qayğı haqqında danışdılar.
Sonra tədbir maraqlı konsert proqramı ilə davam etdi. Tədbirdə Gəncə Musiqi Kollecinin istedadlı tələbələri, 1 saylı musiqi məktəbinin nümayəndələri, 3 saylı uşaq baxçasının rəqs qrupu, “Mübarək“Rəqs Qrupu, “Menar “Kusrlarının istedadlı şagirdləri və digər istedadlı gənclər öz möhtəşəm şer və mahnıları ilə çıxış etdilər. Tədbirin sonunda tamaşaçılara Ulu Öndərin çox sevdiyi qızılgüllər hədiyyə edilmişdir.
Tədbirdə digər yerli QHT nümayəndələri və media nümayəndələri də (Kəpəz TV) iştirak edirdi.
![](/file/pic/xeber/2014-05-12/64759.jpg)
![](/file/pic/xeber/2014-05-12/64761.jpg)
![](/file/pic/xeber/2014-05-12/64763.jpg)
![](/file/pic/xeber/2014-05-12/64766.jpg)
![](/file/pic/xeber/2014-05-12/64767.jpg)
![](/file/pic/xeber/2014-05-12/64769.jpg)
![](/file/pic/xeber/2014-05-12/64771.jpg)
![](/file/pic/xeber/2014-05-12/64773.jpg)