Gəncə şəhərində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı "Mercedes” və "Nissan” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində "Nissan” markalı avtomobilin sürücüsü Rövşən Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
///Oxu.Az