Noyabrın 8-də saat 18:50 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə 3 nəfər (2 kişi, 1 qadın) hospitalizasiya olunub.
AZXEBER.COM xəbər verir ki, Bu barədə APA-ya TƏBİB-dən xəbər verilib.
Qeyd edilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri xəstəxananın müvafiq şöbələrində davam etdirilir, vəziyyətləri orta ağırdır.








































