Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
SOSİAL
20:45 29.03.2026
264
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan "VAZ 2107” və "BYD” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR