Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

SOSİAL
11:31 23.06.2016
1446

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

AZXEBER.COM xəbər verir ki,hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. BMW və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, şəhər sakini, 1993-cü il təvəllüdlü Səfər Camalov xəsarət alıb. Həmin şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

///Apa

OXŞAR XƏBƏRLƏR