Gəncədə iki nəfər qidadan zəhərlənib

Gəncədə iki nəfər qidadan zəhərlənib
HADİSƏ
00:04 21.06.2025
235
Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

1981-ci il təvəllüdlü Zaur Cəfərov və 1990-cı il təvəllüdlü Qədir Kazımov qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara dərhal tibbi yardım göstərilib. Hazırda hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, zəhərlənməyə qəbul etdikləri qida səbəb olub. Faktla bağlı araşdırma aparılır.
 
/APA
OXŞAR XƏBƏRLƏR