Gəncədə iki nəfəri ildırım vurdu

Gəncədə iki nəfəri ildırım vurdu
SOSİAL
21:18 27.07.2021
3736
Gəncə şəhərində 2 nəfəri ildırım vurub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlunu ildırım vurub. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Daha bir hadisə isə Cavad Xan küçəsində baş verib, 1985-ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu ildırım vurub və adıçəkilən şəxs komaya düşüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR