Qazaxıstandan qohumuna qonaq gələn 52 yaşlı qadın dəm qazından zəhərlənib.
Bu barədə məlumatı Gəncə şəhər Baş Polis İdarəsindən veriblər.Zəhərlənmə faktı şəhərin 5-ci mikrorayonunda olub. Qazaxıstan respublikasından Gəncəyə, baldızıgilə qonaq gələn 1961-ci il təvəllüdlü Aybəniz Tağıyeva hamam otağında dəm qazından zəhərlənib. Həkimlərin müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılan A.Tağıyevanın həyatını xilas etmək mümkün olub.Digər bir zəhərlənmə faktı isə Gəncənin 20 yanvar küçəsində olub. Orada yaşayan 1964-cü il təvəllüdlü Tamara Əliyeva evinin vanna otağında dəm qazından zəhərlənib. Dərhal xəstəxanaya çatdırılan qadın reanimasiya şöbəsinə yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.