AZXEBER.COM xəbər verir ki, iki gün davam edən layihədə müxtəlif ali təhsil müəssisələrindən, eləcə də müxtəlif qrumlardan 25-gənc iştirak edib. Təlimdə əsas məqsəd hazırda ən aktual məsələlərdən biri olan informasiya təhlükəsizliyi və bunun ölkəmizə təsir imkanları izah edilib. Eyni zaman da sosial şəbəkələrdə fərdi təhlükəsizlik qaydaları və bu qaydalara necə əməl olunması təhlil olunub. Təlimdə həmçinin bu gün Azərbaycanda informasiya təhlükəsizliyinin hansı səviyyədə olması da iştirakçıların diqqətində çatdırılıb. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.