Gəncədə intihara cəhdin qarşısı alınıb

Gəncədə intihara cəhdin qarşısı alınıb
SOSİAL
23:51 28.01.2021
649
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər çoxmərtəbəli mansarda tipli yaşayış binasının mansardasına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
OXŞAR XƏBƏRLƏR