Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin E.Həsənov küçəsində qeydə alınıb. Gəncə şəhərində yaşayan,1987-ci il təvəllüdlü Məmmədov Füzuli Vidadi oğlu idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobusla həmin küçədə dönmə hərəkəti edərkən, avtomobilin arxa hissəsi ilə yolun kənarında dayanan 1954-cü il təvəllüdlü Kazımov Faiq Kazım oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.