1 noyabr Milli Məclisə seçkilərlə əlaqədar təbliğat-təşviqat kampaniyası uğurla davam edir. 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi üzrə Kərimzadə Pərvin Orxan qızı, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə Həmzəyev Naqif Ələşrəf oğlu, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi üzrə Fətiyev Xanlar Nuru oğlu, 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə Quliyev Musa İsa oğlu“Gəncə” bazarında seçicilərlə görüş keçiriblər.
Havanın soyuq və yağmurlu olmasına baxmayaraq görüş yüksək əhval-ruhiyyədə keçib. Namizədlərseçicilərlə söhbət edərək, vətəndaşların arzu və təkliflərini, problemlərini dinləyib, suallarını cavablandırıblar.
Namizədlərin seçiciləri ilə görüşləri davam edir.



