Gəncədə orta yaşlı qadını və yeniyetməni maşın vurdu

Gəncədə orta yaşlı qadını və yeniyetməni maşın vurdu
SOSİAL
19:53 08.03.2026
852
Gəncə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisələrdən biri şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Hərəktədə olan NİVA markalı minik maşını 1961-ci il təvəllüdlü M.Müseyibovanı vurub. Qadın dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Digər hadisə isə şəhərin Poçt qəsəbəsində qeydə alınıb. Belə ki hərəkətdə olan KİA markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2015-ci il təvəllüdlü İ.Musayevi vurub.11 yaşll piyada xəstəxanaya yerləşdirilib, hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hər iki hadisə ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR