Gəncədə piyadanı avtomobil vuraraq öldürüb

Gəncədə piyadanı avtomobil vuraraq öldürüb
SOSİAL
21:33 02.12.2023
189

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində, 41 nömrəli məktəbin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan avtomobil piyada - 1966-cı il təvəllüdlü Həsənova Sədaqət Novruz qızını vurub. Nəticədə ağır xəsarətlər alan qadın ölüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR