Gəncədə qadını döyən şəxs tutuldu

DÜNYA
15:56 26.02.2013
1521

Gəncədə oğurluq edib ev sahibəsinə xəsarət yetirən şəxs tutulub.

Bu barədə məlumatı Gəncə Şəhər Polis İdarəsindən veriblər.Məlumata görə, Sevinc qəsəbəsi sakini Rövşən Qurbanov fevralın 25-də Gəncə şəhər sakini Təhminə Quliyevanın həyətinə açıq qalmış qapıdan girərək onu döyüb və bıçaqla boğaz nahiyəsinə yüngül xəsarət yetirib. Sonra isə içərisində idman dəsti olan çantanı və 2 cüt ayaqqabını götürərək qaçıb.Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rövşən Qurbanov saxlanılıb.

OXŞAR XƏBƏRLƏR