Gəncədə piyadanın vurulması ilə nəticələn ağır yol qəzası baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan "Nissan” markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.