Gəncədə qorxunc hadisə: Yeniyetmə qumbaraya toxunaraq hər yeri partlatdı

Gəncədə qorxunc hadisə: Yeniyetmə qumbaraya toxunaraq hər yeri partlatdı
SOSİAL
09:55 30.08.2022
206
Gəncə şəhər sakini qumbara alışdırıcısının partlaması nəticəsində yaralanıb. 

Oxu.Az-ın məlumatına görə, şəhər sakini 15 yaşlı şəxs yaşadığı evin yanındakı məişət tullantıları qabının yanında qumbara alışdırıcısını tapıb.

O, həmin alışdırıcıya toxunarkən partlayışı baş verib və bu zaman həmin ərazidən keçən N.Mustafayeva aşağı ətrafların, sol qolun, üz nahiyəsinin müxtəlif didilmiş-deşilmiş yarası alaraq xəstəxayana müraciət edib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR